Lixtenşteyn sərmayədarları da BMW Sauber-lə maraqlanırlar?

BMW Sauber komandasının xilas olunması variantları günbəgün artır: Malayziya və Hindistan sərmayədarlarından sonra səhnəyə Lixtenşteyn sərmayədarları çıxıblar. Sport Bild qəzeti […]

BMW Sauber komandasının xilas olunması variantları günbəgün artır: Malayziya və Hindistan sərmayədarlarından sonra səhnəyə Lixtenşteyn sərmayədarları çıxıblar. Sport Bild qəzeti Fritse Kayzeri xatırlayıb. Fritse aktivlərin idarə olunması ilə məşğul olan böyük Kaiser Ritter şirkətinin başçısıdır və bu şirkət 1999-cu ilə qədər Sauber komandasının həmsahibi olub…

Qəzetin yaydığı məlumata görə, məhz Kayzer o zaman Malayziyanın Petronas neft şirkəti kimi sponsoru tapmaqda Peter Zauberə kömək etmişdi, Lixtenşteyndən olan biznesmen komandanın idarə olunmasında aktiv iştiark edirmiş, amma 10 il əvvəl səhmlərin 30%-lik öz payını satıb. Sport Bild eyni zamanda istisna etmir ki, BMW Sauber-lə Lüksemburq sərmayədarları da maraqlana bilərlər.

Bu yaxınlarda BMW Motorsport-un başçısı Mario Tayssen İsveçərnin Motorsport Aktuell həftəliyinə müsahibəsində bildirmişdi ki, BMW Honda Motor-un seçdiyi yolla getməyəcək, yaponlar komandanı Ross Brauna cimvolik bir dollara satmışdılar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*