L.Həmilton Sennanın qəbrini ziyarət edib

Hazırkı dünya çempionu Lyuis Həmilton dünən ilk dəfə Ayrton Sennanın qəbrini ziyarət edib. McLaren sürücüsü İnterlaqos avtodromu yaxınlığında yerləşən Morumbi […]

Hazırkı dünya çempionu Lyuis Həmilton dünən ilk dəfə Ayrton Sennanın qəbrini ziyarət edib. McLaren sürücüsü İnterlaqos avtodromu yaxınlığında yerləşən Morumbi qəbiristanlığına əvvəlki illərdə baş çəkmək istəsə də, bu baş tutmamışdı…

Lyuis Həmilton: “Mən son iki ildə Sennanın qəbrini ziyarət etmək istəsəm də, bunu edə bilməmişdim, çünki məni böyük kütlə izləyirdi. Amma dünən mənə heç kim mane olmadı…

Mən onun qəbri yanında xüsusi hisslər keçirdim, qəbir çox sadədir, üzərində yalnız lövhə var…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*