L.Həmilton Miss Avstraliya ilə məşq edib

Avstraliya Qran Prisi ərəfəsində 2008-ci ilin dünya çempionu Lyuis Həmilton Melburnda açıq fiziki hazırlıq məşğələsi keçirib – məşğələdə istənilən adam […]

Avstraliya Qran Prisi ərəfəsində 2008-ci ilin dünya çempionu Lyuis Həmilton Melburnda açıq fiziki hazırlıq məşğələsi keçirib – məşğələdə istənilən adam iştirak edə bilib.

Məşğələyə Yarra çayı boyunca qaçış da daxil olub. Bu qaçış zamanı Britaniyalı sürücü tək olmayıb, Reebok-un dəstəyi sayəsində sürücünü yerli gözəlçə, Miss Avstraliya titulunun son qalibi Reyçel Finç müşaiyət edib.

Maraqlıdır ki, dueti izləməyə xeyli tamaşaçı toplaşıb. Lyuis isə etiraf edib ki, “əvvəl heç vaxt belə məşğul olmamışam, adətən məşqləri təklikdə edirəm, ümid edirəm ki, toplaşanlara bizim məşğələmiz xoş oldu.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*