21 Sentyabr 2019, Şənbə - 23:58

L.Həmilton gələn il hansı komandada olacaq?

L.Həmilton gələn il hansı komandada olacaq?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:21 - 03 Fevral, 2012

Lyuis Həmiltonun cari müqaviləsi mövsümün sonunda başa çatır – komandanın digər sürücüsü Censon Batton keçən il McLaren-lə uzunmüddətli müqavilə bağlayıb. […]

Lyuis Həmiltonun cari müqaviləsi mövsümün sonunda başa çatır – komandanın digər sürücüsü Censon Batton keçən il McLaren-lə uzunmüddətli müqavilə bağlayıb. Aydındır ki, 2008-ci ilin dünya çempionu Uokinqdə yeni maşının təqdimatı zamanı jurnalistlərin bu mövzuda suallarından qaça bilməyib – son illər britaniyalı sürücünün Red Bull-a keçməsi barədə şayiələr yayılıb.

Amma hələlik Lyuis bildirib ki, indiki komandası ilə əməkdaşlığını davam etdirməyə köklənib: “Hazırda bizim əsas vəzifəmiz qarşıdakı mövsümə hazırlıqdır. Qalan bütün məsələləri sonraya saxlamışam, ən azı bir neçə yarışdan sonra bu mövzuya qayıtmaq olar. Ümumiyyətlə, bu cür məsələləri komandanın işinə mane olmadan həll etmək lazımdır – ona görə də, siz (KİV nümayəndələri) məni bu suallarla narahat etməyin.

Mən isə öz növbəmdə bu sualı gündəmdən çıxarmağa çalışacan, özü də çox güman ki, elə mövsümün ilk yarısında.”

Həmilton qeyd edib ki, qarşıdakı mövsümü keçənilkindən çox güclü keçirməyə ümid edir: Mən hər bir yarışda qalib gəlmək istəyirəm və düşünürəm ki, buna qadirəm. Hesab edirəm ki, bizim komanda belə bir nəticəyə ümid edə bilər. Əgər yeni maşın bizim ümidləri doğursa, mən bu planı reallaşdırmağa mane olacaq bir problem görmürəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 346
Teqlər
Paylaş

logo