McLaren hələ heyətini müəyyən etməyib

Ferrari-nin Fernando Alonso ilə müqavilə bağlaması elan olunduqdan sonra sürücülər bazarında canlanma başlayacaq. Yaxın günlərdə bir çox komandaların heyətləri təsdiq […]

Ferrari-nin Fernando Alonso ilə müqavilə bağlaması elan olunduqdan sonra sürücülər bazarında canlanma başlayacaq. Yaxın günlərdə bir çox komandaların heyətləri təsdiq olunacaq, şayiələrə görə, Kimi Rəykkönen McLaren-ə, Niko Rosberq Brawn GP-yə, Rubens Barrikello Williams-a, Robert Kubitsa Renault-ya keçəcəklər…

Hərçənd, bu keçidlər hələ rəsmən təsdiq olunmayıblar və komandalar şərh verməkdən imtina ediblər. McLaren-in nümayəndəsi Britaniyanın Autosport saytının jurnalistlərinə bildirib ki, “Lyuis Həmiltonun 2012-ci ilin sonuna qədər komanda ilə müqaviləsi var, amma gələn il ona yoldaşlıq edəcək sürücü barədə qərar hələ qəbul olunmayıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*