20 Noyabr 2019, Çərşənbə - 23:52

Lə Manda 79-cu sutkalıq marafon başlayıb

Lə Manda 79-cu sutkalıq marafon başlayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:55 - 12 İyun, 2011

Fransanın Lə Man şəhərində məşhur sutkalıq marafon 79-cu dəfə start alıb. Artıq beşinci ildir ki, qələbəyə real namizədlər Audi və […]

Fransanın Lə Man şəhərində məşhur sutkalıq marafon 79-cu dəfə start alıb. Artıq beşinci ildir ki, qələbəyə real namizədlər AudiPeugeot-nun zavod komandalarıdır – almaniyalılar və fransalılar bu mövsümə yeni turbodizelli sportkarlar hazırlayıblar və hər biri starta üç komanda çıxarıblar.

Sıralanma turunun nəticələti çox sıx alınıb – 13 km uzunluğu olan trasda altı favorit 0.6 saniyəyə yerləşib, hələlik “dörd halqa”lar bir az “şir”lərdən sürətlidirlər, amma bu yarışda sürət elə də böyük rol oynamır. Hər şeyi texnikanın etibarlılığı, taktiki ustalıq və bəxt həll edir.

İki yüz iştirakçı arasında keçmiş Formula1 sürücüləri də az deyil. Audi-də Alan Makniş, Peugeot-da Əntoni Dəvidson, Mark Jene, Alex Vürs, Stefan Sarrazan, Frank Montanyi, Sebastyen Burde və Pedro Lami. Digər komandalarda Yan Lammers, Tyaqo Monteyru, Olivye Panis, Jan Kristof Buyon, Kristian Klin və Şinci Nakano yarışırlar.

Cankarlo Fizikella və Canmariya Bruni Ferrari komandasını GT Pro sinfində təmsil edirlər, onların əsas rəqibləri isə Yan Maqnussen və Olivye Berettanın idarə etdikləri Corvette-dir.

Marafon sabah Bakı vaxtı ilə saat 18:00-da başa çatacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 349
Teqlər
Paylaş

logo