20 İyun 2019, Cümə axşamı - 21:51

L.di Montedzemolo Berninin cavabını verib

L.di Montedzemolo Berninin cavabını verib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:02 - 05 Dekabr, 2012

Ferrari şirkətinin prezidenti Luka di Montedzemolo Berni Ekklstounun ünvanına maraqlı fikirlər söyləyib – xatırladaq ki, Berni Skuderiyanın FİA-ya Sebastyan Fettelin […]

Ferrari şirkətinin prezidenti Luka di Montedzemolo Berni Ekklstounun ünvanına maraqlı fikirlər söyləyib – xatırladaq ki, Berni Skuderiyanın FİA-ya Sebastyan Fettelin Braziliya Qran Prisindəki sarı bayraqlar altında ötməsini araşdırmaq üçün müraciət etməsini gülməli addım adlandırmışdı…

Luka di Montedzemolo: “Ekklstoun? Biz qoca adamlara hörmətlə yanaşmalıyıq, xüsusən də onlar danışdıqlarını bilmədikləri belə bir yaşa çatanda. Amma bu yaş həddi müəyyən vəzifə tutmağa və müəyyən məsuliyyət daşımağa imkan vermir.

Biz FİA-ya sarı bayraqlarla əlaqədar müraciət edəndə, kimsə bu addımı qalmaqal adlandırdı və hesab etdi ki, biz çox dərinə gedirik. Amma Ferrari-nin bu addımı tam açıq xarakter daşıyırdı: yarışdan sonra biz bütün dünya saytlarının yaydığı videonu öyrənməyə başladıq.

Biz azarkeşlərimizdən minlərlə sual alırdıq və qərara aldıq ki, FİA-ya müraciət ən sadə, düzgün və məntiqi bir reaksiya olacaq. Federasiya bildirdi ki, heç bir qanun pozuntusu olmaylb, ona görə də mövzu bağlanıb. Fettel və Red Bull-a təbriklər, axı belə bir uzun və çətin mövsümdə qələbə qazanan hər bir sürücü titula layiqdir. Biz istərdik ki, bir il sonra bizi belə təbrik etsinlər, əlbəttə, əgər biz çempionatda qələbə qazansaq.

Buna baxmayaraq, biz bu il titula əsas namizədlərdən biri idik, sona qədər mübarizə apardıq və gələn il Ferrari üçün çox vacib olacaq. Bizi çətin işlər gözləyir, çünki biz sürücülərimiz üçün mövsümün ilk yarışından qələbə qazanmağa imkan verən maşın hazırlamalıyıq.

Formula1-in bu günü barədə. Hazırda çempionatda heç də hər şey düzgün təşkil olunmayıb və bunu araşdırmaq vaxtı gəlib çatıb.

F1 yol maşınlarının istehsalına texnologiya daşınmasını dayandırıb – bu yolverilməzdir. Maşınların aerodinamikası elə bir həddə çatıb ki, artıq elmi-tədqiqat axtarışına tabe olmur. Elə bir idman növü yoxdur ki, orda testlər qadağan olunsun. Bizim səbrimiz qurtarmaq üzrədir. Biz sponsor deyilik, biz avtomobil istehsalçısıyıq. Ekklstoun özü demişkən – bu çox gülməlidir…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 263
Teqlər
Paylaş

logo