L.Badoyer mətbuatı ittiham edib

İtaliyanın Gazzetta Sportiva qəzetinə müsahibəsində Luka Badoyer bildirib ki, iki yarışdan sonra onun Cankarlo Fizikella ilə əvəz olunması barədə Ferrari […]

İtaliyanın Gazzetta Sportiva qəzetinə müsahibəsində Luka Badoyer bildirib ki, iki yarışdan sonra onun Cankarlo Fizikella ilə əvəz olunması barədə Ferrari komandasının qərar qəbul etməsinə onun uğursuz çıxışları deyil, mətbuatın ciddi tənqidləri səbəb olub…

Luka Badoyer: “Jurnalistlər çox vaxt başa düşmürlər ki, onlar öz məqalələri ilə insanlara nə qədər ziyan vururlar. Mətbuat mənim əvəz olunmağım barədə komandanın qərar qəbul etməsində əsaslı rol oynadı, amma mən öz arzumu gerçəkləşdirdim və uşaqlarıma deyə bilərəm ki, Ferrari-nin heyətində iki yarış keçirmişəm. Maranelloda olanlar mənə inanırdılar və mən təəssüf edirəm ki, Monsada starta çıxa bilməyəcəm – üçüncü yarışda mən çox şey edə bilərdim.

Mən çıxışımın müddəti barədə heç bir razılaşma olmamışdı, mən elə bilirdim ki, kifayət qədər vaxtım olacaq. Heyif ki, testlərə qoyulan qadağa ehtiyat sürücünün işini çox çətinləşdirir, mən qurban verildim və bu yalnız Formula1-də mümkündür.

Cankarlo sürətlidir, mən şadam ki, indi də o öz arzusunu reallaşdıracaq və Ferrari-də çıxış edəcək. Əminəm ki, o daha çox uğur qazanacaq – Fizikella uzun müddətdir ki, Formula1-də çıxış edir və bu ilin maşınalrını yaxşı tanıyır, bu təcrübə ona çox kömək edəcək.

Mən Ferrari-də qalmaq istsəyirəm, mən yarışlara qoşulmasam da, ümid edirəm ki, bizim əməkdaşlığımız davam edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*