Laureus: Həmilton ilin ən yaxşı idmançısı seçilib

Dünən gecə Berlində nüfuzlu Laureus İdman Mükafatının təqdimat mərasimi keçirilib. "İlin ən yaxşı idmançısı" nominasiyasında iki qalib müəyyən edilib - altıqat dünya çempionu Lyuis Həmilton və futbolçu Lionel Messi.

F-1.az bildirir ki, qaliblərin rəqibləri çox layiqli idmançılar olublar – marafonçü Eliud Kipçoge, MotoGP-nin altıqat dünya çempionu Mark Markes, tennisçi Rafael Nadal və qolfçu Tayqer Vuds. Karyerası boyunca Həmilton səkkiz dəfə Laureus mükafatına namizəd osa da, yalnız bir dəfə – 2008-ci ildə “İlin sıçrayışı” nominasiyasında qalib gəlmişdi.

“Mənim izlədiyim, nümunə götürdüyüm, çıxışlarından ilhamlandığım idmançıları burada bir arada görmək mənim üçün böyük şərəfdir, – deyə Lyuis təşəkkür nitqində bildirib. – Həyatımın mənası olan bir idman növündə böyümüşəm və onun mənə verdiyi hər şeyə görə çox minnətdaram, amma bizim idmandan müxtəlifliyə, demək olar ki, yer yoxdur – bu mənə problem kimi görünür. Bizim ümumi məsuliyyətimiz mövcud platformadan gender bərabərliyinin, inklyuzivliyin təşviqatı üçün istifadə etməkdir. Biz müasir dünyanın reallıqlarını idmanda əks etdirməliyik.

Dediyim kimi, laureatlar arasında olmaq mənim üçün böyük şərəfdir, bütün nominantları təbrik edirəm və qələbə sevincini həm sizinlə, həm də nominasiyada qalib gələn başqa birisi ilə bölüşməyi səbirsizliklə gözləyirəm – onun adı hələ elan olunmayıb, amma mən onun kim olduğunu bilirəm!

Nəhayət, Mercedes-Benz-ə çox təşəkkür edirəm – hər zaman məni çox dəstəklədilər! Mənim cəmi 13 yaşım olanda mənimlə müqavilə bağladılar və 13 yaşlı uşağa xəyalını reallaşdırmaq imkanı verdikləri üçün onlara çox minnətdaram! Laureus, dünyada etdiyiniz, insanların həyatını dəyişdirən və onlara ümid verən inanılmaz işlərinizə görə sizə təşəkkür edirəm. Xahiş edirəm işinizə davam edin, çox sağ olun!”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*