L.Norris: Mübarizə sıxdır

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, artıq mübarizə çox sıxdır.

F-1.az xatırladır ki, McLaren mövsümə gözlənildiyi kimi başlaya bilməyib və britaniyalı sürücü Bəhreyndəki sıralanma turunda 11-ci olub.

Lando Norris: “Hazırdakı vəziyyətimizi qəbul etmək çətin olsa da, reallıq budur. Komandalar artıq bir-birlərinə daha yaxındır və çox rəqiblə mübarizə aparmalıyıq. Wiliams, Haas və Alfa Romeo-nun inkişafı işimizi lap çətinləşdirdi.

11-ci yer hazırda yaxşı nəticədir. Stroll-dan 0.15 saniyə geridə olsam da, onun daha artıq potensialı olduğu məlum idi. Boliddən maksimumu aldıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*