L.Norris cərimələnib

McLaren komandasının sürücüsü Lando Norris Azərbaycan yarışının startında 3 yer itirəcək.

F-1.az bildirir ki, britaniyalı sürücü qırmızı bayraqlara məhəl qoymadığı üçün bu cəzaya layiq görülüb. Sıralanma turunun birinci sessiyasında Antonio Covinatsi divara çırpıldığı üçün qırmızı bayraq çıxıb. Lakin gənc Norris bu əsnada düzlükdə idi və sükanında qırmızı rəng yanıb-sönürdü. Komandası onu boksa çağırsa da, artıq gec olduğunu düşünüb və qırmızı bayraq sallanan trasda bir dövrə də vurub. Bu hal stüardların xoşuna gəlməyib. Beləliklə, 22 yaşlı pilot sabahkı yarışın startında 3 yer itirəcək. Qeyd edək ki, Lando sıralanma turunda 6-cı olmuşdu. Cəzadan sonra isə yarışa 9-cu yerdən başlayacaq.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*