L.Brauninq Hitech ilə müqavilə imzalayıb

Ötən mövsümü GB3 Championship-də çempion kimi başa vuran Luk bu il Formula3-də yarışacaq.

F-1.az xəbər verir ki, gənc sürücünün yarışacağı komandanın adına artıq aydınlıq gəlib – Luk digər gənc istedadlar Sebastyan Montoya və Qabriele Mini ilə birlikdə Hitech komandası üçün yarışacaq.

Luk Brauninq: “Mən karyeramda növbəti addımı elan etməkdən və Hitech ilə Formula3-ə keçməkdən məmnunam. Bu komanda ilə birlikdə keçən il Britaniyada fantastik bir mövsüm keçirdik. Son on iki ay ərzində onların rəhbərliyi və peşəkarlığı sayəsində mən bir sürücü kimi təkmilləşdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*