Red Bull komandası Vips ilə müqaviləni ləğv edib

Belə görünür ki, estoniyalı sürücünün keçən həftə yol verdiyi hərəkət onun sürücülük karyerasının üstündən xətt çəkəcək. Üstəgəl öz yaşıdları arasında ən yaxşılardan biri hesab olunarkən...

F-1.az xatrıladır ki, gənc sürücü məşhur Call of Duty oyununu oynayarkən Twitch platformasından canlı yayım etmiş və irqçilik kimi başa düşülə biləcək fikirlər səsləndirmişdi. Yuri dərhal bununla bağlı üzr istəsə də, Red Bull məsələni araşdırmaq məqsədi ilə onunla əməkdaşlığı müvəqqəti dondurmuşdu.

Qeyd edək ki, Vips 2018-ci ildən Red Bull-un gənc sürücülər proqramının üzvüdür. 2020-ci ildən F2-də çıxış edir və bir neçə dəfə məşqlərdə komandanın F1 maşınının da sükanı arxasında əyləşib. Komanda araşdırmaları tamamlayıb və bu barədə açıqlama yayımlayıb: “İnsidentlə bağlı araşdırmalar aparıldıqdan sonra Red Bull Racing komandası Yuri Vipsin test və ehtiyat sürücü müqaviləsini ləğv edib. Komanda irqçilyin heç bir formasına dözüm göstərə bilməz”.

Onun F2-də çıxış etdiyi Hitech Grand Prix hələ heç bir açıqlama verməyib və sürücünü kimin əvəzləyəcəyi məlum deyil. Lakin bunu elan etmək üçün vaxt azdır – həftəsonu Silverstounda yarışlar var və iyul ayındaF2-də 8 yarışolacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*