K.Horner: 24 yarış bəsdir

Red Bull komandasının rəhbəri Kristian Horner düşünür ki, təqvimdə maksimun 24 yarış olmalıdır.

F-1.az xatırladır ki, hazırda təqvimdə 22 yarış var, amma gələn il Las Veqas, Qətər, Çin və Cənubi Afrikada da yarışlar keçiriləcək. Belə olan halda bizi 24 yarışlıq təqvim gözləyəcək.

Təqvimdə yarışların artması komandaları narahat edir, çünki həm loqistik xərclər artır, həm də mühəndislərin və mexanikləri iş qrafikləri sıxlaşır. Təqvim böyüdükcə yay tətili azala və mövsüm daha erkən başlaya bilər.

Kristian Horner: “İlin 52 həftəsindən 24-də yarış olacaq və bu çox görünür. Amma gələn traslara baxanda öz-özünə deyirsən ki, Las Veqasa görə bir həftəyə dözmək olar. Cənubi Afrikaya görə də bir həftəsonumu qurban verə bilərəm. Çin də qayıda bilər. Ora böyük və vacib bazardır.

Formula1 həftəsonlarını qısaldıb, komandalar və səyahət edən işçilər üçün işi asanlaşdırmaq istəyir. Belə dəyişikliklərə ehtiyac var, amma 24 yarış maksimumdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*