11 Dekabr 2018, Çərşənbə axşamı - 11:47

Kvyat və Verlyayn gələn il Toro Rosso-da yarışacaqlar?

Kvyat və Verlyayn gələn il Toro Rosso-da yarışacaqlar?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:10 - 17 Sentyabr, 2018

Gələn il heyəti tam dəyişə biləcək komandalardan biri də Toro Rosso-dur: Pyer Qasli növbəti mövsümdən ana komandaya keçəcək, Brendon Hartlinin builki zəif çıxışı isə komandanın rəhbərliyini qane etmir.

F-1.az xatırladır ki, Red Bull şirkətinin idman məsləhətçisi müsahibələrinin birində komandaya namizədlər siyahısında ondan çox sürücünün adının olmasını açıqlamışdı.

Son şayiələrə əsasən, başlıca namizəd Daniil Kvyatdır – deyilənlərə görə, rusiyalı sürücünün müqaviləsi elə Rusiya Qran Prisi günlərində Soçidə elan olunacaq. Fransada dərc olunan L’Equipe yazır ki, Kvyatın komanda yoldaşı isə Paskal Verlyayn ola bilər – iki həftə əvvəl almaniyalı sürücü Mercedes-in gənc sürücülər proqramından getdiyini söyləmişdi.

Belçikada dərc olunan La Derniere Heure qəzeti isə Stoffel Vandornun gələn il Ferrari komandasında Daniil Kvyatı əvəz edəcəyini xəbər verib – əsas sürücü müqaviləsinə ümidini itirən belçikalı sürücü Skuderiyada simulyatorda çalışacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 325
Teqlər , ,
Paylaş

logo