24 May 2019, Cümə - 03:12

K.Rəykkönen yeni Ferrari F60-ı tərifləyib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:21 - 17 Fevral, 2009

Dünən Kimi Rəykkönen ilk dəfə olaraq yeni Ferrari F60-ın sükanı arxasında quru hava şəraitində işləmək imkanı alıb. Yeni maşın sürücünün […]

Dünən Kimi Rəykkönen ilk dəfə olaraq yeni Ferrari F60-ın sükanı arxasında quru hava şəraitində işləmək imkanı alıb. Yeni maşın sürücünün çox xoşuna gəlib və o təəssüratlarını jurnalistlərlə bölüşüb…

Kimi Rəykkönen: “F60-ın sükanı arxasında quru havada mənim ilk iş günüm çox məhsuldar keçdi. Maşından elə ilk dövrədən xoşum gəldi, düzdür, onu hələ rəqiblərimizlə müqayisə etmək tezdir. F60-ın aşkar problemləri yoxdur və biz dərhal müəyyən inkişafa nail olduq. Həmçinin, mən kinetik enerjinin yenidən istifadəsi (KERS) sisteminin işləməsindən də razıyam, düzdür, sistem hələ bəzi “uşaq xəstəlikləri”ndən azad deyil.

Təəssüf ki, bu həftə testlərdə hava şəraiti üzündən vaxt itirdik, bu bizdən asılı deyildi. Belə şeylər olur…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 262
Teqlər
Paylaş

logo