F.Alonso: Komanda əla işlədi

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, yarış ərzində doğru həmlələr ediblər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Qətər yarışında 3-cü olaraq 7 ildən sonra ilk dəfə fəxri kürsüyə qalxıb.

Fernando Alonso: “İnana bilmirəm. Yeddi il keçdi və sonda bacardıq. Bəzi yarışlarda yaxın olsaq da, bacarmırdıq. Soçidə fürsətimiz var idi. Bu gün isə bacardıq.

Düzünü desəm, ilk döngədən sonra liderliyə yüksəlməyi gözləyirdim. Düşünürdüm ki, qırmızı təkərlərlə Lyuisi keçərəm, amma bacarmadım. Daha sonra Çeko ilə yaxın mübarizə apardıq. Buna baxmayaraq komandaya görə sevinirəm. Esteban da beşinci oldu. Əla bazar günü keçirdik.

Əvvəldən tək pit-stop düşünmüşdük. Təkər yeyilməsinin necə olacağını bilmirdik. Düzgün taktika seçdik. Komanda əla işlədi. Bolid də etibarlı idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*