15 Oktyabr 2019, Çərşənbə axşamı - 04:04

K.Rəykkönen: “Maşın podium uğrunda mübarizə aparmağa imkan v

K.Rəykkönen: “Maşın podium uğrunda mübarizə aparmağa imkan v

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:28 - 05 Oktyabr, 2009

Yaponiyada Kimi Rəykkönen podium qazanmağa ümid etmirdi, hərçənd onun qazandığı dördüncü yer sayəsində Ferrari Mühəndislər Kubokunda 3-cü mövqeyini qoruya bilib… […]

Yaponiyada Kimi Rəykkönen podium qazanmağa ümid etmirdi, hərçənd onun qazandığı dördüncü yer sayəsində Ferrari Mühəndislər Kubokunda 3-cü mövqeyini qoruya bilib…

Kimi Rəykkönen: “Bu gün maşın özünü pis aparmırdı, hərçənd kifayət qədər sürətli deyildi ki, mən podium uğrunda mübarizə apara bilim. Dördüncü yer sayəsində komanda Mühəndislər Kubokunda üçüncü yerini saxlaya bildi, amma yerdə qalan iki yarışda bunu etmək çox çətin olacaq. Əlbəttə, mən gücüm çatan hər şeyi edəcəm.

Startda mən heç bir mövqe qazana bilmədim, çünki birinci döngə start xəttinə çox yaxındır və mən KERS-dən tam istifadə edə bilmədim. Yarışın birinci hissəsində mən bərk təkərlərlə yarışırdım, vəziyyət çətin idi, amma yumşaq təkərlərə keçdikdən sonra vəziyyət çox yaxşılaşdı. Mən Haydfeldə çata bildim və pit-stopdan sonra onu qabaqladım. Amma yarışın sonuna kimi mövqeyimi yaxşılaşdıra bilmədim.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 267
Teqlər
Paylaş

logo