D.Rikkardo stüardların yanına çağırılıb

Avstraliya Qran Prisinin finişindən sonra yarışı ikinci yerdə başa vurmuş Daniel Rikkardo Red Bull komandasının nümayəndəsi ilə birlikdə stüardların otağına […]

Avstraliya Qran Prisinin finişindən sonra yarışı ikinci yerdə başa vurmuş Daniel Rikkardo Red Bull komandasının nümayəndəsi ilə birlikdə stüardların otağına çağırılıb – RB10-a quraşdırılmış yanacaq sərfiyyatını ölçən cihaz göstərib ki, yanacaq sərfiyyatı reqlamentin icazə verdiyi 100 kq/saatdan çox olub.

Əgər komanda günahkar hesab olunarsa, onda Rikkardonun nəticəsi protokollardan çıxarıla bilər.