K.Qrasia: “Alonso Valensiyada qələbə qazanacaq”

İspaniya iki Qran Pri keçirir, amma Barselonada tribunaların tam dolmasına baxmayaraq, Valensiya məhələsi elə də populyar deyil. İspaniya avtoidman federasiyasının […]

İspaniya iki Qran Pri keçirir, amma Barselonada tribunaların tam dolmasına baxmayaraq, Valensiya məhələsi elə də populyar deyil. İspaniya avtoidman federasiyasının prezidenti Karlos Qrasia bu yarışı təqvimdə saxlamaq istəyir və Avropa Qran Prisi ərəfəsində azarkeşləri yarışa cəlb etmək istəyi ilə bəyanat yayıb…

Karlos Qrasia: “Mərc gəlməyə hazıram – Alonso Avropa Qran Prisini qazanacaq. Fernando Monako və Kanadada qalib gələ bilərdi – Ferrari ciddi inkişaf edib və indi Fernandonun rəqabətədavamlı maşını var. Kanadada onun bəxti gətirmədi, belə havada istənilən strategiya risklə bağlıdır, amma o, maşına görə uduzmadı. Mən ümid edirəm ki, ev trasında bəxt Alonsoya qayıdacaq və o, qələbə qazanacaq.

Bizi təkcə Alonsomuz yoxdur – çempionatda iki ispaniyalı sürücü və bir ispaniyalı komanda çıxış edir. Əminəm ki, bizi maraqlı yarış gözləyir, azarkeşlər bu yarışdan həzz alacaqlar, həm də təşkilatçılar bu il biletlərin də qiymətini aşağı salıblar.

Mən təəssüflənirəm ki, otel və restoranlarda qiymət artımı var – bir il ərzində qazanmadığını bir həftədə qazanmağa ümid etmək düzgün addım deyil, əgər bu cür yanaşma davam edərsə, biz sadəcə bu yarışı itirəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*