13 Noyabr 2019, Çərşənbə - 23:35

Koreyada infrastruktur olacaqmı?

Koreyada infrastruktur olacaqmı?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:04 - 05 Mart, 2011

Keçən il Koreya trası ciddi ləngimə ilə FİA-nın təftişini keçməklə təvimdə debüt etmişdi, hətta sürücülərin xoşuna da gəlmişdi. Amma təşkilatçıalrın […]

Keçən il Koreya trası ciddi ləngimə ilə FİA-nın təftişini keçməklə təvimdə debüt etmişdi, hətta sürücülərin xoşuna da gəlmişdi. Amma təşkilatçıalrın vəd etdikləri “bağça şəhərini” salmaq mümkün olmamışdı – komandalar ucuz motellərdə və ya icarə götürülmüş mənzillərdə qalmalı olmuşdular.

Uik-end başa çatdıqdan onsr tras rəhbərliyi bildirmişdi ki, baş qaldırmış problemlər bir daha təkrar olunmayacaq və 2011-ci ildə vəziyyət radikal dəyişəcək, amma bu gün məlum olub ki, qarşıdakı Qran Priyə qədər infrastruktur qurulmayacaq.

Yanvar ayında avtodromda rəhbərlik dəyişib, promouter KAVO şirkəti təşkilat komitsənin başçısı Yunq Çxo Çanqı tutduğu vəzifədən azad edib. Amma növbəti iki ayda da işlər qrafikə əsasən getməyib. Təşkilatçılar etiraf etməli olublar ki, payızda komandaların personalı yenə də yaxınlıqdakı şəhərlərə müraciət etməli olacaqlar. Düzdür, bu dəfə onlar pulsuz internet və kabel televiziyasını vəd ediblər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 258
Teqlər
Paylaş

logo