Yonam əyalətində oktyabr ayında baş tutacaq Koreya Qran Prisinin təşkilatçıları azarkeşlərin cəlb olunması proqramına start veriblər. Mart ayı ərzində tribunlara bilet alanlara 50% güzəşt edilir.
Qeyd edək ki, debüt ili ilə müqayisədə biletlərin qiyməti onsuz da ucuzlaşıb – əgər keçən il biletin orta dəyəri 400 dollar idisə, bu il 280 dollara düşüb. Ən ucuz biletlər isə 110 dollardan 75 dollara ucuzlaşıb. Keçən il Qran Priyə 170 min adam baş çəkmişdi. Koreya Qran Prisinin FOM-la müqaviləsi yarışın 2016-cı ilə kimi keçirilməsini nəzərdə tutur…