Koreya Qran Prisi: Sıralanma turu

Quru. Buludlu. Havanın temperaturu +23° C, trasın temperaturu +28° C Bir həftə əvvəl Yaponiyada Sebastyan Fettel pouldan start alaraq yarışda […]

Quru. Buludlu. Havanın temperaturu +23° C, trasın temperaturu +28° C

Bir həftə əvvəl Yaponiyada Sebastyan Fettel pouldan start alaraq yarışda qələbə qazanmışdı, Koreyada sərbəst yürüşlərdə almaniyalı sürücü yenə də rəqiblərindən bir baş üstün olmuşdu. Ona görə də Koreya Qran Prisinin sıralanma turu səbirsizliklə gözlənilirdi – axı əvvəlki Koreya yarışlarında pouldan start alan sürücü yarışda qələbə qazana bilməmişdi.

Birinci sessiyanın əvvəlində Kartikeyanın maşınında əyləc problemi yaşanıb – hindistanlı sürücü trasda fırlanıb, boksa qayıdıb və bir daha trasa qayıtmayıb. Protokollara Sebastyan Fettel başçılıq edib – 1:38.208, mübarizəni isə zəif komandaların sürücüləri ilə birlikdə mövsümdə üçüncü dəfə Bruno Senna dayandırıb.

İkinci sessiyada Fettel elə ilk cəhdində əla nəticə göstərib – 1:37.787 və kokpiti tərk edib. Sessiyanın sonunda Rikkardo sarı bayraqların dalğalanmasına səbəb olub və bir çox sürücülər sürətli dövrələrini dayandırmalı olublar. Mübarizəni isə Batton, Peres, Kobayaşi, di Resta, Maldonado, Rikkardo və Vern dayandırıblar.

Son sessiyada Fettel yenə də ilk cəhdində sürətli olub – 1:37.316, amma ikinci cəhdində Mark Uebber komanda yoldaşını üstələyib – 1:37.242, beləliklə, Mark karyerasında 11-ci, mövsümdə isə ikinci poulunu qazanıb.

Ardıcıl ikinci yarışda Red Bull sürücüləri ilk cərgədən start alacaqlar, ikinci cərgədən Həmilton və Alonso liderlərə hücum edəcəklər. Yarış çox maraqlı olacaq!

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 M.Uebber Red Bull Renault 02 1:38.397 04 1:38.220 1:37.242
02 S.Fettel Red Bull Renault 01 1:38.208 01 1:37.767 1:37.316 + 0.074
03 L.Həmilton McLaren Mercedes 17 1:39.180 03 1:38.000 1:37.469 + 0.227
04 F.Alonso Ferrari Ferrari 16 1:39.144 02 1:37.987 1:37.534 + 0.292
05 K.Rəykkönen Lotus Renault 10 1:38.887 05 1:38.227 1:37.625 + 0.383
06 F.Massa Ferrari Ferrari 11 1:38.937 06 1:38.253 1:37.884 + 0.642
07 R.Qrojan Lotus Renault 09 1:38.863 07 1:38.275 1:37.934 + 0.692
08 N.Hülkenberq Force İndia Mercedes 13 1:38.981 09 1:38.428 1:38.266 + 1.024
09 N.Rosberq Mercedes AMG Mercedes 14 1:38.999 08 1:38.417 1:38.361 + 1.119
10 M.Şumaher Mercedes AMG Mercedes 08 1:38.808 10 1:38.436 1:38.513 + 1.271
11 C.Batton McLaren Mercedes 03 1:38.615 11 1:38.441
12 S.Peres Sauber Ferrari 04 1:38.630 12 1:38.460
13 K.Kobayaşi Sauber Ferrari 05 1:38.719 13 1:38.594
14 P.di Resta Force İndia Mercedes 12 1:38.942 14 1:38.643
15 P.Maldonado Williams Renault 15 1:39.024 15 1:38.725
16 D.Rikkardo Toro Rosso Ferrari 07 1:38.784 16 1:39.084
17 J.E.Vern Toro Rosso Ferrari 06 1:38.744 17 1:39.340
18 B.Senna Williams Renault 18 1:39.443
19 V.Petrov Caterham Renault 19 1:40.207
20 H.Kovalaynen Caterham Renault 20 1:40.333
21 Ş.Pik Marussia Cosworth 21 1:41.317
22 T.Qlok Marussia Cosworth 22 1:41.371
23 P.de la Rosa HRT Cosworth 23 1:42.881
24 N.Kartikeyan HRT Cosworth 24

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Koreya Qran Prisi: Sıralanma turu

Quru. Buludlu. Havanın temperaturu +22° C, trasın temperaturu +28° C Dünən sürücülər yağış altında işləməli olmuşdular, ona görə də bu […]

Quru. Buludlu. Havanın temperaturu +22° C, trasın temperaturu +28° C

Dünən sürücülər yağış altında işləməli olmuşdular, ona görə də bu gün səhər komandalar hər iki təkər tərkibinin uzun məsafədə effektivliyini qiymətləndirməyə çalışıblar. Xatırladaq ki, Pirelli Koreyaya ən yumşaq təkər cütünü gətirib – yarışda pit-stopların çox olması gözlənildiyindən sıralanma turunda təkərlərə qənaət etmək xüsusi əhəmiyyət kəsb edib.

Birinci sessiyada Daniel Rikkardo boksu tərk edə bilməyib – onun maşınında soyuducu maye axıb. Protokollara Lyuis Həmilton başçılıq edib, mübarizəni isə yeni komandaların sürücüləri ilə birlikdə Rubens Barrikello dayandırıb. Rikkardodan başqa qalan sürücülərin hamısı 107%-lik həddi aşa biliblər.

İkinci sessiyada da protokollara Həmilton başçılıq edib, mübarizəni isə Sauber və Toro Rosso sürücüləri ilə birlikdə Şumaher, Senna və Maldonado dayandırıblar.

Sonuncu sessiyada Force İndia sürücüləri mübarizədən imtina ediblər, Rosberq isə yalnız bir cəhdlə kifayətlənib. Digər sürücülər isə poul uğrunda mübarizədə iki cəhddən yaralanıblar. Mövsümdə ilk dəfə olaraq poul Red Bull sürücülərinə qismət olmayıb – Lyuis Həmilton karyerasında 19-cu poulunu qazanıb. Sabah yarışın startı maraqlı olacaq…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 L.Həmilton McLaren Mercedes 01 1:37.525 01 1:36.526 1:35.820
02 S.Fettel Red Bull Renault 11 1:39.093 02 1:37.285 1:36.042 + 0.222
03 C.Batton McLaren Mercedes 02 1:37.929 04 1:37.302 1:36.126 + 0.306
04 M.Uebber Red Bull Renault 10 1:39.071 03 1:37.292 1:36.468 + 0.648
05 F.Massa Ferrari Ferrari 08 1:38.670 05 1:37.313 1:36.831 + 1.011
06 F.Alonso Ferrari Ferrari 04 1:38.393 06 1:37.352 1:36.980 + 1.160
07 N.Rosberq Mercedes GP Mercedes 05 1:38.426 07 1:37.892 1:37.754 + 1.934
08 V.Petrov Lotus Renault GP Renault 03 1:38.378 08 1:38.186 1:38.124 + 2.304
09 P.di Resta Force İndia Mercedes 07 1:38.549 10 1:38.254
10 A.Sutil Force İndia Mercedes 09 1:38.789 09 1:38.219
11 X.Algersuari Toro Rosso Ferrari 15 1:39.392 11 1:38.315
12 M.Şumaher Mercedes GP Mercedes 06 1:38.502 12 1:38.354
13 S.Buemi Toro Rosso Ferrari 14 1:39.352 13 1:38.508
14 K.Kobayaşi Sauber Ferrari 17 1:39.464 14 1:38.775
15 B.Senna Lotus Renault GP Renault 13 1:39.316 15 1:38.791
16 P.Maldonado Williams Cosworth 16 1:39.436 16 1:39.189
17 S.Peres Sauber Ferrari 12 1:39.097 17 1:39.443
18 R.Barrikello Williams Cosworth 18 1:39.538
19 H.Kovalaynen Team Lotus Renault 19 1:40.522
20 Y.Trulli Team Lotus Renault 20 1:41.101
21 T.Qlok Marussia Virgin Cosworth 21 1:42.091
22 J.D’Ambrozio Marussia Virgin Cosworth 22 1:43.483
23 V.Liutsi Hispania Cosworth 23 1:43.758
24 D.Rikkardo Hispania Cosworth 24

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*