Komandaların büdcəsi 10% azalıb

Keçən il Formula1 komandalarının büdcələri əvvəlki illə müqayisədə 10% azalıb – bu barədə Formula Money illik hesabatında məlumat verib. 2009-cu […]

Keçən il Formula1 komandalarının büdcələri əvvəlki illə müqayisədə 10% azalıb – bu barədə Formula Money illik hesabatında məlumat verib. 2009-cu il üzrə komandaların orta hesabla büdcəsi 271.6 milyon dollar olub (2008-ci ildə 302.8 milyon dollar), çempionat iştirakçılarının ümumi büdcəsi isə 3.1 milyard dollardan 2.7 milyard dollara düşüb.

Bunun əsas səbəbi bir neçə beynəlxalq şirkətin Formula1-i tərk etməsi olub. Baugur, Credit Suisse, DellİNG kimi şirkətlərin getməsindən sonra sponsorların vəsaitləri 8.5% azalıb.

Amma başlıca səbəb avtoistehsalçıların çempionatı tərk etməsi olub: komandaların məsrəfləri 1.6 milyard dollardan 1.1 milyard dollara düşüb. Bu həm də ilk növbədə avtomobil sənayesinə zərbə vurmuş qlobal iqtisadi böhranın nəticəsidir. Amma buna baxmayaraq avtoistehsalçıların ümumi maliyyə yatırımlarının səviyyəsi 41% olaraq qalıb. Lakin 2010-cu ildə büdcənin azalması davam edəcək, çünki varlı avtoistehsalçıları kiçik şəxsi komandalar əvəz ediblər.

Formula Money-nin verdiyi xəbərə görə, 2009-cu ildə ən böyük büdcə McLaren komandasında olub – 483.85 milyon dollar, bunun 225 milyon dollarını Mercedes-Benz şirkəti, yerdə qalanını isə sponsorlar veriblər.

Toyota komandası 411.35 milyon dollar vəsait xərcləyib, bunun 255 milyon dolları Toyota Motor şirkətinin payına düşür. Amma bu komandanın sponsorları az olub. Ferrari komandası bu cədvəldə üçüncü olub – 370.75 milyon dollar, amma bu məbləğin yarıdan çoxu sponsorların olub (208 milyon dollar).

Keçənilki çempion Brawn GP komandası bu cədvəldə yalnız yeddinci yeri tutub – 162.75 milyon dollar, amma bu vəsaitin düz 100 milyon dollarını komandanın kemiş sahibi Honda Motor şirkəti verib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*