Komandalar yeni qaydalardan razıdırlar

İspaniya Qran Prisindən sonra Formula1 komandalarının rəhbərləri 2011-ci ildən qüvvəyə minmiş yeni qaydalardan razı qaldıqlarını bildiriblər. Lotus Renault GP komandasının […]

İspaniya Qran Prisindən sonra Formula1 komandalarının rəhbərləri 2011-ci ildən qüvvəyə minmiş yeni qaydalardan razı qaldıqlarını bildiriblər. Lotus Renault GP komandasının başçısı Erik Bulyenin sözlərinə görə, reqlamentin müəllifləri idman aspektini saxlamaqla, onlara şou elementləri əlavə ediblər və mübarizənin sayı artıb…

Erik Bulye: “Mən yeni qaydaların fanatı olmasam da, onları dəstəkləyirdim. 2010-cu ildə Formula1-in paddokuna ilk dəfə düşəndə eşidirdim ki, azarkeşlərə ötmələr və mübarizə çatışmır. Məncə, yeni reqlament yarışları yalnız şouya çevirməyib. Mən qorxurdum ki, Formula1 şouya çevriləcək, amma yeni qaydaların müəllifləri idman xarakterini də saxlaya biliblər. Hazırda mənim və mühəndislərin baş ağrısı çoxalsa da, ümumilikdə mən hesab edirəm ki, biz düzgün qərar qəbul etmişik.”

Red Bull komandasının başçısı Kristian Horner də kolleqasının fikrilə tam razıdır. Britaniyalı mütəxəssisin fikrincə, yeni qaydalar sayəsində ötmələr olmayan ənənəvi yarışlar da əsil trillerə çevrilib…

Kristian Horner: “Düşünürəm ki, yeni qaydalar əla işləyir. Əvvəllər Barselonada mübarizəbi görmək mümkün deyildi, elə birinci döngədən sonra hər şey aydın olurdu. Son iki ildə burda cəmi bir pit-stop olurdu, iki il əvvəl isə Sebastyan bütün yarış boyu Massanın maşınının arxa diffuzorunu öyrənməli olmuşdu.

Hazırda dinamika dəyişib, hətta ötmələrin çətin olduğu traslarda belə biz əsil triller izləyirik. Yeni qaydalar məhz bunun üçün idi. Ümid edirəm ki, biz yenidən hər şeyi dəyişməli olmayacayıq.”

İspaniya yarışı zamanı azarkeşlər bu mərhələ üçün rekord sayda ötmənin şahidi olublar – yarış zamanı sürücülər 60 dəfə mövqelərini dəyişiblər, finişdə isə Sebastyan Fettellə Lyuis Həmiltonu cəmi 0.6 saniyə ayırıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*