Bəhreyn, 10.03.2022

İkinci testlərin ilk günü də qüvvələr nisbəti barədə suallara cavab verməyib - komandalar müxtəlif miqdarlarda yanacaq yükü ilə çıxaraq proqramlarını icra ediblər. Daha çox aerodinamik yeniliklərin yoxlanılması və mümkün qədər uzun məsafə qət edilməsinə diqqət yetirilib. Bu, hazırda ən vacib nüansdır.

F-1.az bildirir ki, Mercedes 2 həftə əvvəl Barselonadakından tamamilə fərqli aerodinamik konfiqurasiya ilə gəlib. FİA bundan xəbərdardır və reqlamentə ziddi bir şey tapmayıb. Lakin bunun eynisini düzəltmək digər komandalar üçün heç də asan deyil. Çünki soyutma sistemlərinin sxemi dəyişdirilməli və maşınlar yenidən “krəş test”-dən keçməlidir.

McLaren səhər çıxış etməli olan Rikkardonu xəstə olduğu üçün Norrislə əvəzləyib. Lakin maşında yaranan problemlər nəzərdə tutulan məsafənin qət edilməsinə imkan verməyib. Haas komandası nahara qədər çıxış edə bilməyib, yalnız günün ikinci hissədinə yeni rəng çalarları ilə boyanmış maşını Pyetro Fittipaldi trasa çıxarıb.

Quanyu Çjou bir neçə dəfə səhvə yol versə də, ciddi nəticələnməyib. Lakin sonra onun maşını pit yolunun çıxışında dayanıb və mexaniklər maşını təxliyə etməli olublar. Bir qədər sonra qırmızı bayraqlar dalğalanıb, buna səbəb də Strollun maşınındaki problem olub. Alonso da mexaniklər maşın üzərində işlədiyindən xeyli vaxt itirməli olub. Qırmızı bayraqlara ikinci dəfə isə Peres səbəb olub.

Ən sürətli dövrəni Pyer Qasli vurub – 1.33.902. Ən çox məsafə qət edən sürücü isə 138 dövrə ilə Serxio Peres olub. Testlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 10 Pyer Qasli AlphaTauri 1:33.902 C5 103
2 55 Karlos Sayns Ferrari 1:34.359 + 0.00.457 C3 52
3 16 Şarl Lekler Ferrari 1:34.531 + 0.00.629 C3 64
4 18 Ləns Stroll Aston Martin 1:34.736 + 0.00.834 C5 50
5 23 Aleksander Elbon Williams 1:35.070 + 0.01.168 C4 104
6 4 Lando Norris McLaren 1:35.356 + 0.01.454 C2 50
7 77 Valtteri Bottas Alfa Romeo 1:35.495 + 0.01.593 C3 66
8 5 Sebastyan Fettel Aston Martin 1:35.706 + 0.01.804 C3 39
9 63 Corc Rassell Mercedes AMG 1:35.941 + 0.02.039 C3 60
10 11 Serxio Peres Red Bull 1:35.977 + 0.02.075 C3 138
11 44 Lyuis Həmilton Mercedes AMG 1:36.365 + 0.02.483 C3 62
12 14 Fernando Alonso Alpine 1:36.745 + 0.02.843 C3 24
13 31 Esteban Okon Alpine 1:36.768 + 0.02.866 C2 42
14 24 Quanyu Çjou Alfa Romeo 1:37.164 + 0.03.262 C3 54
15 51 Pyetro Fittipaldi Haas 1:37.422 + 0.03.520 C2P 47
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*