23 Oktyabr 2019, Çərşənbə - 07:09

Komandalar gələn il hava kanallarından istifadə etməyəcəklər

Komandalar gələn il hava kanallarından istifadə etməyəcəklər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:18 - 13 May, 2010

Barselonada FOTA-nın toplantısında komandalar razılaşıblar ki, gələn ildən arxa antiqanadın effektliyini dəyişən hava kanllarından istifadə etməyəcəklər. Bu element reqlamentə uyğundur, […]

Barselonada FOTA-nın toplantısında komandalar razılaşıblar ki, gələn ildən arxa antiqanadın effektliyini dəyişən hava kanllarından istifadə etməyəcəklər. Bu element reqlamentə uyğundur, amma məsrəflərin azaldılması çərçivəsində çempionat iştirakçıları bu sistemdən imtina etməyi qərara alıblar.

Arxa antiqanadın effektliyini dəyişməklə düz yolda sürət üstünlüyü verən hava kanalı sistemini ilk dəfə McLaren mühəndisləri hazırlayıblar və Barselonada fevral testlərində yoxlayıblar. Ondan sonra bu sistemi Sauber, Ferrari, Williams və Mercedes GP komandaları öz maşınalrının konstruksiyasına müxtəlif yollarla tətbiq ediblər, amma bu maşınlarda sistem McLaren maşınlarında olduğu qədər effektiv deyil – hava kanalı şassinin struksturuna daxil deyil, şassini isə mövsümün gedişində dəyişmək olmaz. Gələn mövsüm üçün yeni maşınların hazırlanması zamanı mühəndislər kifayət qədər müstəqillik əldə edirlər və bu sistemi tam təkmilləşdirə bilərlər, amma bütün bu işlər əlavə məsrəflər tələb edir.

Ona görə də FOTA-nın toplantısında bir çox komandaların səyi nəticəsində sistemdən gələn il istifadə olunmaması qərara alınıb…

Kristian Horner: “Hava kanalı sistemi həqiqətən əladır və mən bu sistemi fikirləşən qarşısında baş əyirəm, amma mövsümün gedişində komandaların tətbiq etdikləri sistemlər ağıldan kənara çıxır. Məsələn, Ferrari sürücüləri bu sistemi dirsəkləri ilə idarə eidrlər, bu zaman sükanı isə bir əllə tuturlar – təhlükəsizliklə potensial problemlər qaçılmazdır. Bundan başqa belə bir sistemin tətbiqinin dəyərini də nəzərə almaq lazımdır.”

Nik Fray: “Şəxsən mən hesab edirəm ki, Formula1-dən kənarda istifadə olunmayacaq texnologiyaların inkişafını hələ bələkdə ikən boğmaq lazımdır. Mövsümün ortasında bu hava kanalı sistemləri bütün komandalarda olacaq, deməli, sürət üstünlüyü artıq olmayacaq. Mühəndislər isə gələn il üçün bu sistemin yeni versiyalarını hazırlayacaqlar – bu çox bahalı sistemdir. Mən başa düşürəm ki, belə bir qadağa sistemi fikirləşib ilk dəfə tətbiq edənlərə xoş olmayacaq, amma artıq başa düşmək lazımdır ki, ikiqat diffuzor kimi sistemlər uzunmüddətli olmayacaqlar. Şəxsən mənə elə gəlir ki, KERS-in çempionata qayıtması Formula1 üçün daha böyük əhəmiyyət kəsb edir.”

FOTA çərçivəsində razılaşmaya əsasən, gələn mövsümdə komandalar ikiqat diffuzorlardan da istifadə etməyəcəklər – könüllü məhdudiyyətlər siyahısı böyüyür…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 294
Teqlər
Paylaş

logo