15 Sentyabr 2019, Bazar - 17:53

Komandalar Barselona testlərinə hazırlaşırlar

Komandalar Barselona testlərinə hazırlaşırlar

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:00 - 25 Fevral, 2010

Mövsümöncəsi testlərin dördüncü seriyası iki gün sonra Barselonada start götürəcək. Bu gün komandalar testlərdə hansı sürücülərın işləməsi qrafikini dərc ediblər. […]

Mövsümöncəsi testlərin dördüncü seriyası iki gün sonra Barselonada start götürəcək. Bu gün komandalar testlərdə hansı sürücülərın işləməsi qrafikini dərc ediblər. Testlərdə keçən həftə olduğu kimi on bir komanda çalışacaq, Campos və US F1 komandaları isə ya birbaşa Bəhreynə gələcəklər, ya da heç çempionatda iştirak etməyəcəklər.

Bəzi komandalar (Ferrari, Force İndia, Renault, Sauber, Toro Rosso və Williams) ilk iki günü bir sürücü ilə, sonrakı iki günü digər sürücü ilə işləyəcəklər. Bəzi komandalar isə (McLaren, Mercedes GP və Red Bull) hər gün bir sürücü ilə işləyəcəklər. Lotus komandası isə keçən hətfə olduğu kimi ehtiyat sürücü Fayruz Fauzi ilə testlərə başlayacaq, amma bu həftə iki gün sükan arxasında Yarno Trulli, sonuncu gün isə Heykki Kovalaynen işləyəcək.

Hava proqnozu quru və isti hava vəd edir, amma hər gün yağış yağa bilər, yağışın yağma ehtimalı 10-20% arasında dəyişir…

Komandalar25 fevral26 fevral27 fevral28 fevral
McLarenC.BattonL.HəmiltonC.BattonL.Həmilton
Mercedes GPN.RosberqM.ŞumaherN.RosberqM.Şumaher
Red BullM.UebberS.FettelM.UebberS.Fettel
FerrariF.AlonsoF.AlonsoF.MassaF.Massa
WilliamsN.HülkenberqN.HülkenberqR.BarrikelloR.Barrikello
RenaultV.PetrovV.PetrovR.KubitsaR.Kubitsa
Force İndiaV.LiutsiV.LiutsiA.SutilA.Sutil
Toro RossoX.AlgersuariX.AlgersuariS.BuemiS.Buemi
LotusF.FauziY.TrulliY.TrulliH.Kovalaynen
VirginL.di QrassiL.di QrassiT.QlokT.Qlok
SauberP.de la RosaP.de la RosaK.KobayaşiK.Kobayaşi

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 350
Teqlər
Paylaş

logo