K.Kolles Senna ilə görüşüb

Keçən il oktyabrın sonundan Bruno Senna Campos komandası ilə müqavilə bağlayıb, amma indi komanda yenidən qurulduğu üçün müqavilənin şərtləri dəyişə […]

Keçən il oktyabrın sonundan Bruno Senna Campos komandası ilə müqavilə bağlayıb, amma indi komanda yenidən qurulduğu üçün müqavilənin şərtləri dəyişə bilər. Şayiələrə görə, komandanın yeni başçısı Kolin Kolles bu gün braziliyalı sürücü ilə görüşüb və əməkdaşlığın davamı imkanlarını müzakirə edib.

Kolles komandaya başçı təyin olunduqdan sonra komandada çıxış edəcək sürücülərin adlarını çəkməyib, amma 2005-ci ildə Jordan komandasının vəziyyətini misal göstərib – o zaman komanda maliyyə problemlərini həll etmək üçün renta-sürücülərlə (komandada çıxış etmək üçün pul ödəyən sürücülər) müqavilə bağlamışdı. Qeyri-rəsmi məlumatlara görə, Brunonun sponsorları sürücünün çıxışını maliyyələşdirməyə hazırdılar, amma komandadan müəyən zəmanət tələb edirlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*