K.Kobayaşi və Sauber azarkeşləri Yaponiyaya kömək etməyə çağırırlar

Sauber komandasının mətbuat xidməti iPad və iPhone üçün yeni proqram təminatının çıxması barədə xəbər yayıb, proqramın satışından əldə olunan vəsait […]

Sauber komandasının mətbuat xidməti iPad və iPhone üçün yeni proqram təminatının çıxması barədə xəbər yayıb, proqramın satışından əldə olunan vəsait Yaponiyada baş verən dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına sərf olunacaq.

Formula1 sürücülərinin və komanda başçılarının şəkilləri olan “You are connected” proqramını iTunes mağazasından cəmi 0.99 dollara ala bilərsiniz. Proqramın hazırlanmasını Kamui Kobayaşi təklif edib…

Kamui Kobayaşi: “Yaponiyadakı fəlakət beynəlxalq ictimaiyyətin geniş diqqətinə səbəb olub, amma indi mətbuatda başqa başlıqlar üstünlük təşkil edir, ölkədə isə dağıntılar o dərəcədə ciddidir ki, onların bərpası uzun müddət vaxt tələb edir. Bizim xalqa uzunmüddətli dəstək lazımdır, mən Formula1-də öz kolleqalarıma köməklərinə görə təşəkkür etmək istəyirəm və ümid edirəm ki, bizim elektron kitabımız böyük tirajla satılacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*