K.Horner: “Şanxaydakı uğuru Uebberə kömək edəcək”

Mark Uebber mövsümə uğursuz başlayıb, ilk iki yarışda avstraliyalı sürücünün maşınında komanda yoldaşının maşınından fərqli olaraq, müəyyən problemlər yaşanıb. Şanxay […]

Mark Uebber mövsümə uğursuz başlayıb, ilk iki yarışda avstraliyalı sürücünün maşınında komanda yoldaşının maşınından fərqli olaraq, müəyyən problemlər yaşanıb. Şanxay uik-endi də sürücü üçün uğursuz başlayıb, Mark hətta sıralanma turunda ikinci sessiyaya belə keçə bilməyib, amma yarışı əla keçirərək podium qazana bilib.

Komandanın başçısı Kristian Horner hesab edir ki, uğurlu yarış Marka ilk iki yarışın məyusluğunu unutmağa kömək edəcək…

Kristian Horner: “Gərgin yarışın yekununda göstərilən yaxşı nəticə həmişə əhvalı yüksəldir, düşünürəm ki, bu uğur Markın inamını artıracaq. Sıralanma turunda onun bəxti gətirməmişdi, amma Uebber ruhdan düşməmişdi, işinə səfərbər oldu və yarışı əla keçirdi.

Yeni qaydalar və optimal strategiya bu halda əla işlədilər – yarışın əvvəlində Mark Team Lotus sürücüləri ilə mübarizə aparırdı, sonunda isə McLaren sürücüləri ilə. Onun ixtiyarında üç təzə yumşaq təkər dəsti var idi, ona görə də bütün yarış məsafəsində daim hücum edirdi.

Keçən illə müqayisədə vəziyyət dəyişib, 2010-cu ildə hər şey bir pit-stopla məhdudlaşmışdı, indi isə sürücülər bir neçə senaridən istifadə edə bilərlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*