16 Oktyabr 2019, Çərşənbə - 01:17

K.Horner: “Komandalar McLaren-in qanadını nüsxələyəcəklər”

K.Horner: “Komandalar McLaren-in qanadını nüsxələyəcəklər”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:30 - 12 Mart, 2010

Keçən həftə Red Bull komandasının nümayəndələri FİA-dan MсLaren maşınlarının arxa antiqanadlarının konstruksiyasının reqlamentə uyğun gəlməməsi barədə müraciət etmişdilər. Sürücü bu […]

Keçən həftə Red Bull komandasının nümayəndələri FİA-dan MсLaren maşınlarının arxa antiqanadlarının konstruksiyasının reqlamentə uyğun gəlməməsi barədə müraciət etmişdilər. Sürücü bu elementin sürətli düz yolda üstünlüyündən istifadə edə bilər – yeni element diffuzorun əksinə olaraq, lazım olan anda asfalta yatma qüvvəsini artırmaq əvəzinə azaldır.

Elementin necə idarə olunması məlum deyil, şayiələrə görə, sürücü ayağı ilə kokpitin içində hava axınını dəyişir, nəticədə təzyiq dəyişir və antiqanad müqaviməti artırıb-azaldır. Reqlamentə görə, antiqanad ətrafında hərəkətli elementlər qadağan olunub, doğrudan da McLaren maşınında bu ərazidə heç bir element hərəkət etmir. Ümumiyyətlə, bu element innovasiyadır – biz bir daha Fomula1 mühəndislərinin nə dərəcədə ağıllı olmasını görürük.

McLaren-in əməkdaşları bu konstruksiyanı FİA ilə mövsümün əvvəlində müzakirə ediblərmiş, dünən maşın ənənəvi texniki təftişi keçib…

Kristian Horner: “Keçən il ikiqat diffuzorlarla olduğu kimi komandalar mövsümün gedişində bu elementin müxtəlif variantlarından istifadə edəcəklər. Biz FİA-nın bu qərarına protest verməyəcəyik, amma belə bir elmentdən istifadə edəcəyik.

Düzdür, bu elementin effektliyi ikiqat diffuzor kimi deyil, amma bir çox komandalar tezliklə bu elementi nüsxələyəcklər.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 244
Teqlər
Paylaş

logo