A.Prost komandaların səmimiliyinə inanmır

Formula1 üzrə dördqat Dünya Çempioni Alen Prost bildirib ki, komandaların Fransa Qran Prisinə ehtiyacları yoxdur.

F-1.az xatırladır ki, təqvimə yeni ölkələr girmək istəyir və bna görə Fransa, Belçika və Monako yarışlarının gələcəyi təhlükədədir. Lakin əksər komandalar və sürücülər bu trasların təqvimdə qalmasının tərəfdarıdır.

Lakin Prost onların səmimiliyinə inanmır: “Yalan danışmağa ehtiyac yoxdur. Danışılanlar reallığı əks etdirmir. Komandaların Fransa Qran Prisinə ehtiyacları yoxdur. Niyə? Çünki daha çox pul gətirən başqa yarışlar var və bu pullar komandalar arasında bölüşdürülür. Spa Hokenhaym və Franda yarışları gələcəkdə növbəli şəkildə keçiriləcək. Bu olmamaqdansa, yaxşıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*