A.Prost Sennaya nifrət edir

Sabiq Formula1 sürücüsü Alen Prost 2010-cu ilsə çəkilmiş Senna sənədli filmini tənqid edib.

F-1.az xatırladır ki, filmdə Ayrton Senna və Alen Prostun arasında gedən rəqabətdən bəhs edilib. Lakin fransalı sürücü filmdə mənfi obraz kimi göstərilib.

Alen Prost: “Senna filmindən doğrudan da nifrət edirəm. Daha yaxşı film çəkə bilərdilər. Fərqli hekayə ola bilərdi. Saatlarla davam edən reportajdan sonra ortaya belə biabırçı film çıxarmaqları pisdir. Filmdə mən pis, Senna isə yaxşı adam olub. Bu, çox acınacaqlıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*