Keçid təkərlər təhlükəlidir?

Formula1-də təkərlərin inhisarçı təchiaztçısı Bridgestone şirkəti hələlik Xeres testlərində yaranmış problemlərə heç bir şərh verməyib, amma sürücülər və komandaların nümayəndələri […]

Formula1-də təkərlərin inhisarçı təchiaztçısı Bridgestone şirkəti hələlik Xeres testlərində yaranmış problemlərə heç bir şərh verməyib, amma sürücülər və komandaların nümayəndələri keçid təkərlərin resursunun az olması barədə aktiv müzakirələr aparırlar.

Bu il şirkət keçən il verdiyi səhvi düzəldib – qabaq və arxa təkərlərin ölçüləri bərabər olduqlarından təkərlər bərabər yeyilmirdi. İndi komandaların quru tras üçün aldıqları qabaq təkərlər arxa təkərlərdən ensizdir, bundan əlavə təchizatçılar təkərin resursunu artırmaq və qızdırma vaxtını qısaltmaq üçün təkərin tərkibində və arxitekturasında da dəyişikliklər ediblər.

Təəssüf ki, elə birinci yağışlı testlərdə keçid təkərlərlə problemlər yaşanıb – yeni maşınlarda arxa təkərlər 8-10 dövrədən sonra slikə çevrilir və trasda təhlükəni artırrılar. Düzdür, Xeres trasında asfalt çox coddur, amma onun xüsusiyyətinin ümumən məsələyə dəxli yoxdur – təkərin yeyilməsi bir çox faktorlardan asılıdır və əgər startda daha ağır maşınlara bu təkərlər taxılarsa, onda daha hamar traslarda təkərlər daha tez yeyilə bilər.

Ekspertlər hesab edirlər ki, şirkət keçid təkərlərin bərkliyini artırmaqdan imtina edə bilər – maliyyə problemləri və ya mövsümün sonunda çempionatı tərk etməsilə əlaqədar olaraq, amma təhlükəsizlik məsələsi komandalar və sürücülərin həmkarlar ittifaqı tərəfindən müzakirə olunacaq, bəlkə bundan sonra bu məsələdə nəsə irəliləyiş oldu…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*