K.Rəykkönen: “İrəliyə doğru addımlar atacayıq”

Kimi Rəykkönenin nəticə olaraq pis mövsüm keçirtdiyini və bundan sonra itiriləcək heç nəyi olmadığı üçün sadəcə irəliyə doğru gedəcəyini deyib.

F-1.az xatırladır ki, italyanlar mövsümə çempionluq iddiası ilə başlasalar da, hələ də yarış qazana bilməyiblər. “Qırmızılar” İtaliya yarışından sonra podium üzünə də həsrət qalıblar və sərt tənqidlərə tuş gəliblər.

Kimi Rəykkönen: “Əbu Dabi mövsümün son yarışı olacaq və nələrin baş verəcəyini proqnozlaşdırmaq asan deyil. Mövsüm ərzində güclü performans göstərdiyimiz yarışlar oldu. Amma bəxtimiz gətirmədiyi üçün bu performansımızı nəticələrdə əks etdirə bilmədik. Amma bolidin potensialından xəbərdarıq. Lakin turnir cədvəlinə baxıb, xoşbəxt ola bilmərik. Əlimizdən gələni etsək də, bu bəs eləmir və bunu bilirik.

Bilirik ki, Ferrari fanlarınlın istədiyi nəticələri almırıq. Amma bazada hamı böyük motivasiya ilə işləyir və bizi dəstəkləyənləri sevindirmək istəyirlər. Məncə, bu il keçənilkinə nisbətən güclü idik. Yarış qazana bilməsək də, performans cəhətdən güclü idik. Amma bəxtimiz gətirmədi. Gələn il daha güclü olacağımıza əminəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*