19 İyun 2019, Çərşənbə - 10:59

J.Vilnöv Kanada Qran Prisinin startına çıxmağa ümid edir

J.Vilnöv Kanada Qran Prisinin startına çıxmağa ümid edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:07 - 15 Avqust, 2009

Jak Vilnöv etiraf edib ki, bir ay əvvəl arvadını boşayıb, amma şəxsi həyatındakı problemlərə baxmayaraq, kanadalı sürücü Formula1-ə qayıtmaq arzusundan […]

Jak Vilnöv etiraf edib ki, bir ay əvvəl arvadını boşayıb, amma şəxsi həyatındakı problemlərə baxmayaraq, kanadalı sürücü Formula1-ə qayıtmaq arzusundan əl çəkməyə hazırlaşmır…

Jak Vilnöv: “Bir ay əvvəl mən boşanmışam, amma hər şey qalmaqalsız ötüşdü, əks halda hamı bu xəbəri çoxdan bilərdi.”

Vilnöv üç il əvvəl fransalı Yohanna Martineslə evlənmişdi, bu nikahdan iki oğlu var. Yohanna boşandıqdan sonra Parisə qayıtmaq fikrində deyil, çünki Monrealda öz işini qurub…

Jak Vilnöv: “İndi mənim iki dəyərim var: ataları kimi maşınları sevən iki oğlum və Formula1, mən gələn mövsüm komandalardan birində çıxış etmək istəyirəm. Bütün enerjimi indi bu plana sərf edirəm, amma vəziyyət nəzərdə tutduğumdan da çətindir. Mən əminəm ki, gələn il Kanada Qran Prisinin startına çıxacam.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 259
Teqlər
Paylaş

logo