J.Todt: “Yeni motor reqlamenti təkamüldür”

Bir neçə həftə əvvəl Formula1-in kommersiya başçısı Berni Ekklstoun Ümumdünya Şurasının 2013-cü il mövsümü üçün bəyəndiyi motor reqlamentini tənqid etmişdi. […]

Bir neçə həftə əvvəl Formula1-in kommersiya başçısı Berni Ekklstoun Ümumdünya Şurasının 2013-cü il mövsümü üçün bəyəndiyi motor reqlamentini tənqid etmişdi. Mosli bildirmişdi ki, Formula1-də iki faktor önəmlidir – Ferrari-nin iştirakı və motorun səsi, amma yeni motorlaın səsi tamaşaçıları sevindirə bilməyəcək. Sydney Morning Herald qəzetinə müsahibəsində FİA-nın prezidenti Jan Todt Berni ilə razılaşmayıb…

Jan Todt: “Yeni reqlament təkamüldür. İyirmi il əvvəl V12 motorlarından istifadə olunurdu, sonra V10, indi isə V8. Formula1 dünyadakı vəziyyəti nəzərə almalıdır və daha ekoloji motorlara keçməlidir. Çempionata maraq əvvəlki kimi böyükdür. Bu parametrə görə biz yalnız Olimpiya oyunları və futbol üzrə dünya çempionatı ilə müqayisə olunuruq, amma Formula1 hər il keçirilir.

Keçən il 12 komanda mövsümə başlamışdı və onların hamısı mövsümün son yarışında starta çıxmışdı, 2013-cü ilin reqlamentindəki dəyişikliklər isə gələcək inkişafa yönəlib – biz yanacaq məsrəfini azaltmalı və rekuperasiya sistemlərinin effektliyini artırmalıyıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*