17 Dekabr 2018, Bazar ertəsi - 23:14

G.Ştayner: “Formula1 özünü İndyCar-a oxşatmamalıdır”

G.Ştayner: “Formula1 özünü İndyCar-a oxşatmamalıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

14:03 - 22 Aprel, 2018

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Formula1 özünü İndyCar-a oxşatmamalıdır.

F-1.az bildirir ki, İndyCar-da komandalar hamısı eyni şassidən istifadə edirlər. Komandalar şassini satın alıb mühərrikləri yerləşdirirlər və asılqan kimi detalları da ya alırlar, ya da özləri təkmilləşdirirlər.

Günter Ştayner: “Məncə, Formula1 yeganə şassi istehsalçısına keçməməlidir. Əgər belə etsələr, Formula1-in sonu gələr. Bura avtoidmanın zirvəsidir. Texnologiya çox vacibdir. Formula1-i bəsitləşdirərkən diqqətli olmalıyıq. İnsanların maraqlanmadığını düşünsək də, əksəriyyət texnologiya ilə maraqlanır. Məncə, Formula1 texnologiyanın təqdimatı üçün yaxşıdır. İdman əlçatan olmalıdır, amma Formula1-i heç vaxt İndyCar-a döndərmək olmaz. Yoxsa pis olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 138
Teqlər ,
Paylaş

logo