J.Todt: “FİA Bəhreyndəki vəziyyətə nəzarəti davam etdirəcək”

Jan Todt əmin edir ki, Bəhreyn Qran Prisini dünya çempionatının təqvimində bərpa etmək qərarını FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası ölkədəki […]

Jan Todt əmin edir ki, Bəhreyn Qran Prisini dünya çempionatının təqvimində bərpa etmək qərarını FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası ölkədəki vəziyyəti ciddi araşdırdıqdan sonra qəbul edib…

Jan Todt: “Bizim xüsusi elçimiz Bəhreyndə hüquq müdafiəçiləri ilə görüşüb. Bundan başqa adi insanlara da görüşüb, danışıb və federasiyaya hesabat təqdim edib. Bu hesabatı Şura yekdilliklə dəstəkləyib.”

Amma beynəlxalq Avaaz təşkilatı FİA-nı sərt tənqid edən bəyanat yayıb:

Aleks Uilks, Avaaz-ın direktoru: “Bəhreyndə sakitliyin hökm sürməsi və həyatın normal axara düşməsi haqqında deyilənlər həqiqətə uyğun deyil. Son həftə dinc nümayişləri dağıtmaq üçün polislər yenə də gözyaşardıcı qazlardan, rezin güllələrdən və səsli mərmilərdən istifadə ediblər, yüzlərlə insan zədə alıb.”

Autosport bildirib ki, Avaaz-ın fəalları Formula1 komandalarına ünvanlanmış Bəhreyn Qran Prisini baykot etmək çağırışı üçün 450 min imza toplayıblar.

Jan Todtun sözlərinə görə, FİA ölkədəki vəziyyətə nəzarəti davam etdirəcək: “Əgər biz dəqiq sübut alsaq ki, ölkədə vəziyyət risklə bağlıdır, süzsüz ki, məsələyə yenidən diqqət etməli olacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*