J.Todt Ferrari-ni tərk edir

Ferrari rəhbərliyində kadr dəyişikliyi başa çatıb. Nə vaxtsa “arzular komandası”nı toplamış Jan Todt şirkətdə bütün vəzifələrini tərk edib – bu […]

Ferrari rəhbərliyində kadr dəyişikliyi başa çatıb. Nə vaxtsa “arzular komandası”nı toplamış Jan Todt şirkətdə bütün vəzifələrini tərk edib – bu barədə idarə heyətinin iclasında Luka di Montedzemolo məlumat verib…

Luka di Montedzemolo: “Jan Todt son on beş ildə Ferrari tarixində həlledici insanlardan biri olub. Təcrübə və ehtiras onun işinin əsas və ən yaxşı xarakteristikaları olub, o mənim şəxsi dostuma çevrilib və şirkət əməkdaşlarının, eləcə də Ferrari azarkeşlərinin hər birinin hörmətini qazanıb. Mən ona gələcək işlərində, həm şəxsi, həm də peşəkar həyatında uğurlar arzulamaq istəyirəm. Bizim birgə keçirdiyimiz illər, bütün qələbələrimiz və məğlubiyyətlərimiz Jan Todt və Ferrari arasında heç bir zaman pozulmayacaq əlaqə yaradıb.”

Maraqlıdır, görəsən hansı şirkət və ya komanda fransalı mütəxəssisin yeni iş yeri olacaq?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*