21 Noyabr 2019, Cümə axşamı - 11:48

J.Todt: “Braziliya Qran Prisini Şumaxerlə birlikdə izlədim”

J.Todt: “Braziliya Qran Prisini Şumaxerlə birlikdə izlədim”

Müəllif: Elçin Zodorov, redaktor

12:17 - 08 Dekabr, 2018

FİA-nın prezidenti İnterlaqosdakı yarışı yeddiqat dünya çempionunun evində izləyib və RTL telekanalını tənqid edib.

F-1.az bildirir ki, 5 il əvvəl xizək sürərkən yıxılaraq başından ciddi zədə alan Mixael Şumaxerin müalicəsi İsveçrədəki evində davam edir. Alman sürücünün vəziyyəti barədə rəsmi açıqlama verilməsə də, tez-tez müxtəlif şayiələr yayılır.

Jan Todt onu mütəmadi ziyarət edən insanlardan biridir və İnterlaqosdakı yarış olan günlərdə də Mixaelə baş çəkibmiş. Bu barədə Bild-ə danışan Todt bildirib ki, “bu barədə danışanda, adətən, ehtiyatlı davranıram, amma təsdiq edirəm – Braziliyadakı yarışa onunla birlikdə baxdıq”.

Todt yarışı RTL telekanalından izlədiklərini, həddən artıq çox olan reklamların heç də xoş olmadığını da bildirib: “Beş dəqiqə izlədikdən sonra gözlərimə inana bilmədim və çox məyus oldum. Adətən evdə yarışı izlədikdə, yanımda iPad olur və reklamlar məni narahat etmir. Bu dəfə isə belə olmadı. Başa düşürəm, telekanalların yarışı yayımlaması üçün maddi dəstək verilməlidir. Lakin bunu izləmək xoş deyil, reklam fasilələrində yarışı izləyə bilməmiz üçün ekranın bir küncündə kiçik kvadratda verməyə davam etsələr də, yaxşı deyil”.

Xatırladaq ki, daha əvvəllər Jan bildirmişdi ki, Şumaxeri hər ay azı 2 dəfə ziyarət edir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 549
Teqlər ,
Paylaş

logo