B.Ekklstoun: “Mən gedirəm, bu rəsmidir”

Liberty Media-nın Formula1-i alması prossesi başa çatdıqdan sonra Berni Ekklstounun postunu tərk etməli olacağına dair şayiələr gəzirdi. Bu xəbər bazar ertəsi axşamı rəsmiləşib.

F-1.az tezliklə Ekklstounun Formula1-də menecmentin başçısı vəzifəsini tərk edə biləcəyi və ona ömürlük fəxri prezident vəzifəsi təklif olunacağı barədə xəbər vermişdi. Formula1-in Liberty Media tərəfindən alınması prossesi yekunlaşıb Auto Motor und Sport-a danışan Berni vəzifəsindən getdiyini bildirib.

Berni Ekklstoun: “Bu gün istefaya göndərildim. Mən gedirəm. Bu rəsmi məlumatdır. Artıq Formula1-in rəhbəri deyiləm. Mənim postumu Çeyz Keri tutdu. Mənə təklif olunan yeni vəzifə amerikansayağı bir şeydir. Deyəsən, “fəxri prezident” adlanır. Nə demək olduğunu hətta özüm də bilmirəm.

Mən nə edəcəyəm? Görünür, ofisdə oturmaq mənim üçün çox rahat olacaq. Ola bilsin ki, gələcəkdə bəzi yarışlara getdim. Formula1-də hələ də çox sayda dostlarım və bunun üçün kifayət qədər pulum var. Avtoİdman üzrə Ümumdünya Şurasındakı səs hüququm qalacaqmı? Bilmirəm, bu barədə Jan Todtla danışmalıyam”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*