N.Todt Sauber-i almaq istəyir?

Sauber komandası ciddi maliyyə böhranı yaşayır və böhrandan çıxmaq üçün sponsor axtarışındadır. Paddokda rusiyalı sponsorlarla danışıqların getdiyi barədə şayiələr gəzir, […]

Sauber komandası ciddi maliyyə böhranı yaşayır və böhrandan çıxmaq üçün sponsor axtarışındadır. Paddokda rusiyalı sponsorlarla danışıqların getdiyi barədə şayiələr gəzir, GazProm şirkətinin və Roman Abramoviçin adları hallanır – komanda Abramoviçə məxsus Çelsi futbol klubu ilə əməkdaşlıq edir.

Fransanın F1i Magazine jurnalı naməlum mənbəyə istinadən xəbər verir ki, komandanın alınmasında FİA-nın prezidenti Jan Todtun oğlu Nikolya da maraqlıdır. Peter Zauberin komandası çoxdan Ferrari ilə sıx əməkdaşlıq edir, Jan Todt uzun müddət Ferrari-yə başçılıq edib və həmişə Sauber-ə törəmə komanda kimi yanaşıb. Hazırda GP2 seriyasında çıxış edən ART Grand Pirx komandasının həmsahibi Nikolya 3 il əvvəl Sauber komandasını almaq istəyirdi, amma o zaman danışıqlar yarımçıq qalmışdı…

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*