M.Şumaxer Formula4-də yarışacaq

Formula1 üzrə 7 qat Dünya Çempionunun oğlu Mik Şumaxer karyerasında inamlı addımlarla irəliyə gedir...

F-1.az xəbər verir ki, Mik Şumaxer karyerasına Formula4-də davam edəcək. Almaniyalı sürücü 2016-cı ildə Prema Powerteam komandasında çıxış edəcək.

Qeyd edək ki, Mik Şumaxer keçən il Almaniya Formula4 çempionatında çıxış edib. O Van Amersfoort Racing komandasında yarışıb və mövsümü 10-cu pillədə başa vurub. Şumi mövsümün ilk yarışında qələbə də qazanıb.

Prema komandasının rəhbəri Ancelo Rosin bildirib ki, o Miki komandaya transfer etdiyi üçün çox xoşbəxtdir və o inanır ki, gənc sürücü uğurlu nəticələr göstərəcək.

Mik Şumaxer isə bildirib ki, Prema Powerteam onun üçün ən yaxşı seçimdir və təcrübəli bir komandada çıxış etdiyi üçün xoşbəxtdir…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*