İtaliyada ilk Ferrari Pit Stop mağazası açılıb

Bu gün səhər Luka di Montedzemolo və Cankarlo Fizikella İtaliyanın cənubunda Nola şəhərində ilk Ferrari Pit Stop mağazasının açılışında iştirak […]

Bu gün səhər Luka di Montedzemolo və Cankarlo Fizikella İtaliyanın cənubunda Nola şəhərində ilk Ferrari Pit Stop mağazasının açılışında iştirak ediblər…

Montedzemolo, Fizikella, CİS-İnterporto şirkətinin prezidenti Covanni Puntso, Kampanya əyalətinin başçısı Stefano Kaldoro birlikdə simvolik lenti kəsiblər. Mərasimi yerli markanın həvəskarları və Skuderiyanın azarkeşləri izləyiblər. Fizikella tədbirə toplaşanları salamlayıb, sonra mağazada qurulmuş Ferrari-nin simulyatorunu yoxlayıb. Daha sonra qonaqlar da sükan arxasına oturublar.

Ferrari Pit Stop Mağazasının ticarət zalının sahəsi 900kv.metrdir, yarış komandasının boksları şəklində təşkil olunub. Mağazada Ferrari-nin rəsmi paltar kolleksiyası və aksessuarları, həmçinin müxtəlif suvenir məhsulları, tarixi və müasir maşınların modelləri, kompyuter oyunları və elektronika satılacaq.

Bundan başqa mağazada azarkeşlərin Qran Priləri canlı izləməsi üçün böyük ekran qoyulub. Pit Stop – hələ birinci belə mağazadır, amma gələcəkdə belə mağazaların şəbəkəsi təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*