İtaliya Qran Prisi: Pirelli – Medium və Soft

İtaliya Qran Prisi Pirelli şirkəti üçün məxsusidir – şirkət ev yarışında istehsal etdiyi təkərlərin ən yaxşı keyfiyyətlərini nümayiş etdirməyə ümid […]

İtaliya Qran Prisi Pirelli şirkəti üçün məxsusidir – şirkət ev yarışında istehsal etdiyi təkərlərin ən yaxşı keyfiyyətlərini nümayiş etdirməyə ümid edir…

Pol Hembri, Pirelli Motorsport: “Monsa yarışı bizim üçün çox vacibdir, həm texniki, həm də şirkət üçün ümumi baxımdan. Biz mövsümün ikinci yarısında baş tutacaq ev yarışını səbirsizliklə gözləyirik. Pit-stoplar taktikası sürətli Monsada çox vacibdir: axı maşınlar uzun müddət tam sürətlə hərəkət edirlər və boksdakı vaxt itkisini kompensə etmək olduqca çətindir.

Biz hesab edirik ki, Soft və Medium tərkibləri arasındakı vaxt fərqi dövrədə bir saniyəyə yaxın olacaq, amma dəqiq məlumat sərbəst yürüşlərdən sonra bilinəcək. Təkərlərin stabilliyi uik-endin gedişində həlledici faktor olacaq. Həmişə oolduğu kimi ciddi çağırışdır, amma istənilən halda, milli ən yaxşı texnologiyaları öz vətənimizdə nümayiş etdirməyi səbirsizliklə gözləyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*