R.Kubitsa jurnalistlərdən narazıdır

Williams komandasının sürücüsü Robert Kubitsa bildirib ki, artıq məhdudiyyətləri barədə danışmaq istəmir.

F-1.az xatırladır ki, polşalı sürücü testlərin ikinci günündə 48 dövrə vurub. Lakin boliddə idarəetmə ilə bağlı heç bir konfiqurasiyanın dəyişilməsini istəməyib.

Robert Kubitsa: “Bir şeyi dəyişdirdirsəm, o dəqiqə məhdudiyyətlərim barədə danışacaqsınız. Bu barədə artıq danışmayın. Bolidə minib işimi görə bilirəmsə, deməli hər şey yaxşıdır. Təbii ki, məhdudiyyətlərim var, amma bunları heç vaxt gizlətmədim. Mən hamıya qarşı dürüstəm və bu barədə çoxlu suallar verilir. Mətbuatla danışanda narahat oluram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*