İtaliya mətbuatı F.Massanın qayıtmasını gözləyir

Felipe Massa sürətlə sağalır və İtaliya mətbuatı braziliyalı sürücünün artıq Monsada sükan arxasına qayıtmasına ümid edir… Corriere dello Sport qəzetinin […]

Felipe Massa sürətlə sağalır və İtaliya mətbuatı braziliyalı sürücünün artıq Monsada sükan arxasına qayıtmasına ümid edir…

Corriere dello Sport qəzetinin yazdığına görə, sentyabrın əvvəlində o Parisə qayıdacaq, burada tam müayinə olunduqdan sonra FİA-nın tibbi komissiyasından İtaliya Qran Prisində iştirak etmək üçün icazə tələb edəcək. Hunqarorinqdə ağır qəzadan sonra həkimlər əmin idilər ki, Felipe mövsümün sonuna qədər sıradan çıxıb, amma onun özü tezliklə starta çıxmağa can atır.

Qəzetin yazdığına görə, bir tərəfdən, sürücünün yarışa qayıtmasını tələsdirmək olmaz, çünki o çox ciddi zədələr alıb, amma digər tərəfdən, onu saxlamağın mənası yoxdur, xüsusən də əgər həkimlər, o cümlədən, FİA-nın mütəxəssisləri ona yarışlarda iştirak etməyə cazə versələr.

Yekunda qəzet Ferrari-nin mətbuat xidmətinin bütün təkziblərinə baxmayaraq bildirir: “Massa sentyabrın 13-də Monsanı buraxmaq istəmir, çünki bu Ferrari üçün ev yarışıdır. Bundan başqa, Monsada çox güman ki, Skuderiya elan edəcək ki, gələn ildən Fernando Alonso qırmızı kombinezon geyinəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*