Formula1-də “axmaq mövsüm” başlayır

Bəzi söz-söhbətlərə görə Ferrari gələn il üçün Rikkardo və Ferstappenlə maraqlanır.

F-1.az Fettelin ilin sonunda təqaüdə çıxa biləcəyini xəbər vermişdi. Bu iddia Formula1-dəki “axmaq mövsüm”ün başlamasına səbəb olub. Almaniyalı sürücü idmandan gedəcəyi halda Ferrari-nin əlində 6 namizəd – Valtteri Bottas, Niko Hülkenberq, Kevin Maqnussen, Serxio Peres, Daniel Rikkardo və Fernando Alonso – olacaq.

Bundan başqa Hülkenberqin adı Red Bull komandasıyla hallanır və Ferstappenin gələcəyi müəmmalıdır. Çünki bəzi iddialara görə mövsümün sonunda Lyuis Həmilton da idmandan gedə bilər. Belə olan halda Mercedes komandası Maks Ferstappeni transfer edə bilər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*